07 
Fev
2022
16:34
1090

Müxalifətçi siyasətçi Qriqol Vaşadze Mixeil Saakaşvili ilə görüşdü

Rustavidəki 12-ci cəzaçəkmə müəssisəsində müxalifətçi siyasətçi Qriqol Vaşadze Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili ilə görüşüb.

lnterPress.ge xəbər verir ki bu barədə Vaşadze görüşdən sonra mətbuata açıqlama verib.

Onun  sözlərinə görə, Saakaşvili ilə əvvəlki görüşü ilə indiki görüşü arasında fərq var

O, üçüncü prezidentin səhhətinin pisləşdiyini və həkimlərin qəbulunun zəruri olduğunu bildirib.

“Həbsxanaya ilk dəfə və indi daxil olarkən gördüyüm Saakaşvili arasında köklü fərqlər var.  Artıq tamamilə görünür ki, onun səhhətində çox ciddi problemlər var. Təcili yardıma, həkimlərin müdaxiləsinə, müalicəni dəyişməyə, bəzi xüsusi avadanlıqlara ehtiyac var. 
Həbsxanada onunla ilk gördüyümlə və indiki gördüyüm Saakaşvilini müqayisə etdim. Fevralın ortalarında yenidən görüşəcəyəm və ümid edirəm ki, hökumət o vaxta qədər müvafiq tədbirlər görəcək ki, bu vəziyyət daha da pisləşməsin. İstər sıravi vətəndaş olsun, istərsə də ölkənin sabiq prezidenti həbsdə olarkən dövlət onun qayğısına qalmalıdır. Söhbətin mövzusuna gəlincə, mənim prezident barədə hər şeyi danışmağa icazəm yoxdur, amma söhbətim xarici siyasətlə bağlı olub və təbii ki, biz Gürcüstanın indi harada olmasından və bizim vəziyyətimizdən danışdıq'',- deyə Vaşadze bildirib.

Bizimlə əlaqə saxlayın