08 
Fev
2022
11:59
307

Gürcüstanda günəş elektrik stansiyası layihəsi həyata keçiriləcək

İqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Romeo Mikautadze Birləşmiş Ərəb Əmirliklərinin ən böyük enerji şirkəti Masdarın baş direktoru Mohamed Yamel Al Ramahi ilə görüşüb.

lnterPress.ge xəbər verir ki, bu barədə  İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, görüş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının Azərbaycanda, Bakıda keçirilən iclası çərçivəsində baş tutub.

Tərəflər Gürcüstanın enerji sektorundakı çağırışları və imkanları, o cümlədən Gürcüstanda “Masdar” şirkəti tərəfindən planlaşdırılan və bu məqsədlə layihəni öyrənən 50 MVt gücündə günəş elektrik stansiyası layihəsinin işlənməsini müzakirə ediblər.

Nazir müavininin sözlərinə görə, bərpa olunan enerjinin inkişafı Gürcüstanın enerji siyasətinin prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, hökumət bərpa olunan enerji sektoruna sərmayələrin cəlb edilməsinə kömək edir və bu baxımdan “Masdar” şirkətinin Gürcüstanın günəş elektrik stansiyasının layihəsini həyata keçirməkdə marağını alqışlayır.

Görüşdə Gürcüstanın Energetikanın İnkişafı Fondunun baş direktoru Giorgi Çikovani də iştirak edib.

Masdar bərpa olunan enerji və davamlı şəhər inkişafı, beynəlxalq bazarda bərpa olunan enerji layihələrinin hazırlanması və təmiz texnologiyalarda innovasiyaların təkmilləşdirilməsi sahəsində qlobal liderdir. "Masdar" Birləşmiş Ərəb Əmirliklərinin ən böyük investisiya holdinqi olan Mubadalanın aparıcı şirkətlərindən biridir. Qeyd edək ki, 2021-ci il dekabrın 29-da Gürcüstanın Enerji İnkişafı Fondu ilə “Masdar” şirkəti arasında günəş elektrik stansiyası layihəsinin birgə işlənməsi ilə bağlı saziş imzalanıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər