Mangqaladze: "Yaradılan istintaq komissiyaları meyarlara cavab verir"
''Müxalifətin təşəbbüsü ilə yaradılan istintaq komissiyaları bütün kriteriyalara cavab verir''.
lnterPress.ge xəbər verir ki, bu barədə parlamentin müxalifətçi deputatı Paata Mancqaladze deyib.
Mancqaladzenin bu kontekstdə qeyd etdiyinə görə , Parlamentin İstintaq Komissiyası yüksək ictimai marağın olduğu və ya yüksək vəzifəli məmurlar tərəfindən törədilmiş cinayətlər barədə məlumatların olduğu məsələlərin araşdırılması üçün çox vacib mexanizmdir.
“Mixail Saakaşvilinin işinə ictimai maraq yüksəkdir. Onunla qeyri-insani rəftar edildiyi barədə məlumatlar var. Bu məsələ ilə bağlı fərziyyələri istisna etmək üçün təhqiqat komissiyasının yaradılması vacibdir və zəruridir”, - deyə Paata Mancqaladze bildirib.
Məlumat üçün bildirək ki, müxalifət Mixail Saakaşvilinin İstintaq Komissiyasından əlavə, 5-6 iyul hadisələrini araşdırmaq üçün antikorrupsiya istintaq komissiyası və komissiyanın yaradılması təşəbbüsü ilə çıxış edib.


