Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları isti izlər üzrə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 2005-ci il təvəllüdlü şəxsi saxlanılıb.
lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs 1992-ci il təvəllüdlü şəxsi Marneulidə mübahisə zəminində soyuq silahla ölümcül yaralayıb və hadisə yerindən qaçıb.
Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır.
Cinayətə görə maksimum 7 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutulur.
