Kaladze: "Saakaşvilinin tərəfdarları açıq şəkildə Meliyaya qarşı çıxırlar"
"Aydındır ki, onların partiyasında mübahisə var, - Saakaşvilinin tərəfdarları açıq şəkildə Meliyaya qarşı çıxırlar".
lnterPress.ge xəbər verir ki, paytaxtın meri Kaxa Kaladze jurnalistlərin "Milli Hərəkat"da mümkün parçalanma ilə bağlı suallarını belə cavablandırır.
Kaladzenin qeyd etdiyinə görə, “Milli Hərəkat”da parçalanma var, lakin o, bu detalları müzakirə etmək istəmir.
“Aydındır ki, onların partiyasında mübahisə var. Saakaşvilinin tərəfdarları birbaşa, açıq şəkildə Meliyaya qarşı çıxırlar və bu, artıq göz qabağındadır. Bu təfərrüatlara varmaq istəmirəm, çünki bu, mənim işim deyil, bu onların siyasi partiyasının daxili mətbəxidir. Tbilisi sakinlərinə söz verdiyim hər şeyi etməyə borcluyam və öz işimlə məşğulam”, - deyə Kaladze bildirib.


