08 
Fev
2022
17:12
361

“Lelo” liderləri Brüsseldə Aİ parlamentarisi ilə görüşüblər

“Lelo” liderləri Badri Gaparidze, Salome Samadaşvili və Qriqol Qeqeliya Brüsseldə Aİ parlamentarisi Katalin Çe ilə görüşüblər. Görüş zamanı Gürcüstandakı siyasi vəziyyət, demokratiya və insan haqları məsələləri müzakirə olunub.

lnterPress.ge xəbər verir ki, bu barədə “Lelo”nun yaydığı məlumatda deyilir. 

Tərəflər bu sahələrdə gələcək birgə əməkdaşlıq barədə razılığa gəliblər.

 “Lelo liderləri həmçinin Avropa Komissiyasının Qonşuluqla Əlaqələr Departamentinin nümayəndələri və Avropa Demokratiya Fondunun icraçı sədri Yerji Pomianovski ilə də görüşüblər”, - deyə məlumatda bildrilir.

Bizimlə əlaqə saxlayın