Tbilisi Şəhər Məhkəməsində gödəkçələrin müzakirəsi səs-küy fonunda gedir.
lnterPress.ge xəbər verir ki, Mixail Saakaşvili məhkəmədə yüksək vəzifəli məmurların, o cümlədən prokurorların bahalı evlərindən danışıb və müvafiq fotolar təqdim edib.
Bu, ittiham edilən tərəfi qıcıqlandırıb və ardınca məhkəmə zalında səs-küy yaranıb. Mübahisə bu dəqiqələrdə davam edir.
Hakim Badri Koçlamazişvili bildirib ki, tərəflər sakitlik nümayiş etdirməsələr, məhkəməni sonlandıracaq.
