09 
Fev
2022
14:16
390

Yeni Ətraf Mühit və Kənd Təsərrüfatı Naziri təyin edildi

Otar Şamuqiya Ətraf Mühit və Kənd Təsərrüfatı Naziri təyin edilib.

InterPress.ge xəbər verir ki, onun nazir postuna namizədliyini Gürcüstanın baş naziri İrakli Ğaribaşvili irəli sürüb.

Şamuqiya indiyədək Levan Davitaşvilinin müavini postunu tutub.

“Otar Suxumidən məcburi köçkündür. O, Suxumidə doğulub və böyüyüb. O, eləcə də məktəbi Suxumidə bitirib. Daha sonra isə Tbilisidə, Zuqdididə mühacirətdə yaşayıb, öz  vicdanlı əməyi ilə nazirliyə gəlib. Otar 16 il bu nazirlikdə çalışıb. O, kənd təsərrüfatının, ətraf mühitin mühafizəsinin nəyə ehtiyacı olduğunu ətraflı bilir və onun uğurlu nazir olacağına inanıram”, - İrakli Ğaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər