İstefa verən nazir açıqlama verdi
"Sahəmi dəyişmək istəyirəm. Özümü başqa sahədə sınayacağam, komandanın üzvü olaraq qalıram, indiyə qədər bir neçə istiqamət görmüşük, hələlik konkret birşey yoxdur".
lnterPress.ge xəbər verir ki, bu barədə Natia Turnava bildirib.
Natia Turnavanın nazirlikdən istefa verdikdən sonra harada işləyəcəyi məlum deyil. Keçmiş iqtisadiyyat naziri "bir neçə sahəni nəzərdən keçirdiyini" və sahəsini dəyişdirdiyini dedi.
O, İqtisadiyyat Nazirliyində özünün davamçısı Levan Davitaşviliyə uğurlar arzulayıb və bildirib ki, onun fəaliyyəti dövründə “iqtisadiyyatın bərpası üçün möhkəm zəmin yaradılıb”:
"İndi yeni təşəbbüslərin, yeni çağırışların vaxtıdır və mən əminəm ki, cənab Levan öz təcrübəsi ilə hər şeyi yüksək səviyyədə idarə edə biləcək", - deyə Turnava bildirib.


