09 
Fev
2022
19:57
395

Maia Bitadze: "Ekologiya və Təbii Sərvətlər Komitəsi adından onun namizədliyini tam dəstəklədiyimi bildirirəm"

“Mən Levan Davitaşvilinin iqtisadiyyat naziri vəzifəsini tutacağı dəyişiklikləri alqışlayıram - O, həm ətraf mühit, həm də kənd təsərrüfatı üçün çox işlər görmüş yüksək ixtisaslı mütəxəssis, yüksək vicdana sahib və peşəkardır. İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə belə güclü, təcrübəli kadr lazımdır”.

lnterPress.ge xəbər verir ki, bu barədə Parlamentin Ekologiya və Təbii Sərvətlər Komitəsinin sədri hökumət komandasında dəyişikliklərlə bağlı bildirib.

Maia Bitadzenin sözlərinə görə, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi Assosiasiya Sazişindən irəli gələn çağırışların və öhdəliklərin yerinə yetirilməsi ilə paralel olaraq ölkəni yeni inkişaf mərhələsinə aparmalı olan qurumdur. O, baş tutan dəyişiklikləri dəstəklədiyini bir daha təsdiqləyib. 

“Ətraf Mühit və kənd təsərrüfatının yeni naziri Otar Şamuqiyaya uğurlar arzulayıram. Ekologiya və Təbii Sərvətlər Komitəsi adından onun namizədliyini tam dəstəklədiyimi bildirirəm. Həmçinin Natia Turnavaya da  yeni vəzifəsində uğurlar arzulayıram”, - deyə Maia Bitadze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər