09 
Fev
2022
22:54
419

"Aktual Məktəb"in tələbələri Orbeliani Sarayında seminar görüş keçirdi

“Aktual Media"nın nəzdində fəaliyyət göstərən "Aktual Məktəb" jurnalistika kursunun tələbələrinə fevralın 9-da paytaxt Tbilisidə, Orbeliani Prezident Sarayında Dövlət başçısının sözcüsü Marina Borgoidze tərəfindən seminar keçirilib.

Aktual.ge xəbər verir ki, “Aktual Media"nın təşkilatçılığı ilə baş tutan görüşdən əvvəl "Aktual Məktəb"in iştirakçıları Prezident Administrasiyasının əməkdaşları tərəfindən Orbeliani Sarayı ilə tanış olublar.

M.Borgoidze Marneulidə jurnalistika kursunun həyata keçirilməsindən böyük məmnuniyyət duyduğunu və bu kimi layihənin zəruriliyini vurğulayıb.

 "Biz belə bir kursun Marneulidə həyata keçirilməsinə dair məlumat aldıqda çox şad olduq. Eyni zamanda Marneulidə Aktual kimi azərbaycan və gürcü dilli medianın olması da etnik azərbaycanlıların inteqrasiyasında çox mühüm rol oynayır. Təbii ki, bütün bunlar təqdirəlayiqdir".

Daha sonra M.Borgoidze ölkə başçısı Salome Zurabişvilinin "Milli Razılıq Prosesi" təşəbbüsündən söz açıb.

O, sözügedən təşəbbüs çərçivəsində baş tutan görüşlərin və həyata keçən təşəbbüslərin məqsədi barədə gəncləri məlumatlandırıb.

"Aktual Məktəb"in təlimçilərindən biri olan Ceyhun Məhəmmədəli isə çıxışında bu artıq sayca II jurnalistika kursu olduğunu söyləyib.

 "Bununla Marneulidə sayca ikinci jurnalistika kursudur ki, Aktual Media həyata keçirir. Gənclərimizə 3 ay davam edən kurslar boyunca bir təlimçi olaraq reportajların hazırlanması, müsahibə alma texnikası, xəbərin obyektivliyi; etika qaydaları və jurnalistikanın digər mühüm və aktual məsələləri barədə dərslər keçirik. Bundan əvvəl ki, kursumuzdan yetişən gənclər bu gün müxtəlif medialarda və bəzi qurumlarda işləyirlər. Gürcüstan azərbaycanlılarının jurnalistika sahəsində təhsil alması çox mühümdür, bu həmçinin onların inteqrasiyasına mühüm töhfə verir".

"Aktual Media"nın qurucusu və baş direktoru İlkin Hüseynov da, Aktual.ge xəbər portalı və kursun əhəmiyyəti barədə məlumat verib, eləcə də Dövlət başçısının "Milli Razılıq Prosesi" təşəbbüsünü alqışlayıb və görüşə görə minnətdarlığını ifadə edib.

Sonda isə M.Borgoidze, sözügedən kursun iştirakçılarına uğurlar arzulayıb və hədiyyələr təqdim edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər