10 
Fev
2022
11:55
416

DTX rəhbəri Qriqol Liluaşvili Mtavari arxi, Formulanı və VMH-ın üzvü Levan Xabeişvilini məhkəməyə verir

Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili  Mtavari arxi və Formulanı məhkəməyə verir. Televiziya şirkətlərindən başqa o, Vahid Milli Hərəkatın üzvü Levan Xabeişviliyə qarşı da iddia qaldırır.

lnterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili məlumat verib.

Məsələ  çağrı mərkəzləri haqqında yayılan süjetlərə və  həmin süjetlərdəki  mümkün  fiqurlara  və iştirakçılara aiddir. 
Vəkilin sözlərinə görə, süjetlərdə Liluaşvilinin cinayətkar qruplarla əlaqəsi barədə yayılan məlumatlar yalan və böhtandır.

Liluaşvilinin vəkilinin açıqlamasını dəyişməz olaraq təqdim edirik:

Yayılan şayiələrə görə, çağrı mərkəzləri ilə təmasda olan şəxslərdən biri olaraq  Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Qriqol Liluaşvilinin adı hallanır.

Qriqol Liluaşvilinin vəkili kimi bildirirəm ki, Mtavari arxi və Formulanın efirində yayılan məlumatlar  Qriqol Liluaşvilinin çağrı mərkəzlərinin fəaliyyəti, dələduzluq, cinayət, pul oğurluğu sxemləri və ya hər cür cinayətkar qruplaşmalarla əlaqəsi haqqında xəbərlər tamamilə yalan və böhtandır.  

Böhtan xarakterli məlumatların yayılması ilə Qriqol Liluaşvilinin adına, ləyaqətinə və işgüzar nüfuzuna xələl gətirilib və korlanıb.

İctimaiyyətin nəzərinə çatdırırıq ki, Mtavari arxi və Formula televiziya şirkətlərinə, eləcə də Levan Xabeişviliyə qarşı məhkəmə işi açılıb. 
İddia budur: 1) tam yalan və böhtan olan faktları inkar etmək; 
2) cavabdehlərə dəyən zərərin əvəzi olaraq 1 lari təyin edilməsi.

Aydınlaşdırırıq ki, beynəlxalq standartlarla müəyyən edilmiş sübut yükünün bölüşdürülməsini nəzərə alaraq, məhkəmədə əsaslandırılmış dəlillərlə iddia qaldırmışıq. İddia qaldırmaqda  məqsəd odur ki, ictimaiyyət həqiqəti başa düşsün.

İddia ilə bağlı ətraflı məlumat  maraqlananlara gələn həftə keçiriləcək mətbuat konfransı formatında veriləcək”,- deyə Qriqol Liluaşvilinin vəkili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər