10 
Fev
2022
16:08
423

Nona Mamulaşvili: "Məhkəmədə baş verənlər Saakaşviliyə qarşı işlərin uydurma olduğunun təsdiqidir"

Dünənki məhkəmə prosesində baş verənlər Mixail Saakaşviliyə qarşı davam edən işlərin uydurma olduğunun təsdiqidir. Bunun bariz nümunəsi Anzor Çubinidzenin onun haqqında suallara cavab verməkdən imtina etməsidir.

lnterPress.ge xəbər verir ki, Vahid Milli Hərəkat Partiyasının üzvü Nona Mamulaşvili Mixail Saakaşvilinin dünənki məhkəməsini belə qiymətləndirir.

Mamulaşvilinin üçüncü prezidentin Rustavinin 12-ci cəzaçəkmə müəssisəsinə səfərindən sonra dediyinə görə, onun  üçün  əsas  məsələ Mixail Saakaşvilini Putinin əsarətindən azad etmək və Saakaşvilinin hüquqlarını qorumaq üçün Qərb tərəfdaşları ilə işləməkdə davam etməkdir. 

“Ukraynaya səfərimdən və onun yoldaşlarının verdiyi mesajlardan danışdıq. Hazırda Ukraynada baş verən hadisələrdən - bunun necə bitə biləcəyindən və Gürcüstana necə təsir edəcəyindən, bu vəziyyətin ölkəmiz üçün nə qədər təhlükəli olmasından danışdıq. Əslində Rusiyanın Gürcüstanda da təxribat xarakterli addımlar atması təhlükəsi var. 

Mənim üçün ilk və prinsipial məsələ Mixail Saakaşvilini Putinin əsarətindən azad etməkdir. Biz Qərb tərəfdaşlarımızla işləyəcəyik və Saakaşvilinin hüquqlarının qorunmasını tələb etməyə davam edəcəyik. Həkimlərə Saakaşviliyə baş çəkməyə və onun səhhətini qiymətləndirməyə icazə verilməlidir.

Biz dünənki məhkəmədən də danışdıq, görürük ki, dünənki prosesdə baş verənlər əslində Mixail Saakaşviliyə qarşı işlərin uydurma olduğunun təsdiqidir. Bunun bariz nümunəsi Anzor Çubinidzenin onun haqqında verilən suallara cavab verməkdən imtina etməsidir", - deyə  Nona Mamulaşvili bildirib.

Bizimlə əlaqə saxlayın