11 
Fev
2022
10:34
250

Parlamentin nümayəndə heyəti Londonda səfərlərini davam etdirirlər

Gürcüstan parlamentinin nümayəndə heyəti Böyük Britaniyaya səfərini davam etdirir. 

lnterpress.ge xəbər verir ki,  bu barədə Gürcüstan Parlamenti məlumat verib.

Deputatlar Geostrateji Şuranın dəyirmi masasında görüşdə iştirak edib. Görüşdə regiondakı vəziyyət və iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi barədə danışıblar.

''Görüşdə həm akademik, həm də analitik təşkilatlardan müdafiə və təhlükəsizlik məsələləri üzrə Britaniya ekspertləri ilə söhbət etdik. Ukrayna, regiondakı vəziyyət və Qara dənizdəki risklər və perspektivlərdən danışdıq. Gürcüstanın müdafiə və təhlükəsizliyinin gücləndirilməsi, eləcə də regional əməkdaşlığın dərinləşdirilməsi istiqamətində Britaniya-Gürcüstan əməkdaşlığının gələcəyini müzakirə etdik.  Biz bu tövsiyələri Gürcüstan hökumətinə təqdim edəcəyik və gələcək fəaliyyətləri planlaşdırarkən nəzərə alacağıq”, - deyə Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədrinin birinci müavini Qiorqi Xelaşvili bildirib.

Bizimlə əlaqə saxlayın