11 
Fev
2022
11:47
310

İrakli Kobaxidze: "Müxalifət heç nəyə nail olmayacaq"

Onlar Parlamentdən çıxmaq istəmədikcə heç bir problem yarada bilməyəcəklər.

lnterpress.ge xəbər verir ki,  bu barədə  "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze müxalifətlə bağlı deyib.

O, müxalifətin heç nəyə nail ola bilməyəcəyini və özünü parçalayacağınıb ildirib.

“Heç nə baş verməyəcək və onlar bunu özləri dərk edəcəklər. Bu il parlamentdən çıxmaq istəmədikcə heç bir problem yarada bilməyəcəklər. Keçən il bacarmışdılar, bu, süni idi, amma bəziləri bunu böhran hesab edirdi. Dolayısı ilə dedik ki, bu, sünidir, amma böhrandır. Bu il Parlamentdən getsələr də, heç nəyi dəyişə bilməzlər və bunu ilk növbədə çox yaxşı bilirlər.

Bu gün nə qədər Parlamentdən getsələr də, siyasi böhrandan söhbət gedə bilməz. Biz o zaman açıq şəkildə bəyan etmişdik ki, ölkəmiz heç vaxt konstitusiya çərçivəsindən kənara çıxmayacaq və Gürcü arzusu heç vaxt belə danışıqlara getməyəcək. Müxtəlif amillərə görə kimsə nə qədər parlamentdən getmək istəsə də, heç nəyə nail olmayacaq, əksinə, özlərini parçalayacaqlar”, - deyə İrakli Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın