11 
Fev
2022
16:07
500

Almaniyanın Gürcüstandakı səfiri Rustaviyə səfər edib

Rustavi şəhərinin meri Nino Latsabidze Almaniya Federativ Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Hubert Knirş ilə görüşüb.

lnterpress.ge xəbər verir ki,  bu barədə Rustavi şəhərinin meriyası  məlumat verib.

Məlumata əsasən görüş tanışlıq xarakteri daşıyıb. Rustavi meri səfirlə mərkəzləşdirmə və yerli səviyyədə idarəetmənin gücləndirilməsinin vacibliyi barədə danışıb. 

Nino Latsabidze şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə Hubert Knirşə məlumat verib. Nino Latsabidzenin qeyd etdiyinə görə  Rustavi əhalisi üçün ən vacib məsələlərdən biri ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır.

“Almaniya səfirinin səfəri zamanı Rustavidəki siyasi vəziyyət də müzakirə olunub. Nino Latsabidzenin səfirlə söhbətində dediyinə görə bələdiyyə əhalinin maraqlarına xidmət etməli olan hökumətin bir hissəsidir, onun daha az siyasəti və daha çox işi olmalıdır.

Nino Latsabidze həmçinin Hubert Knirşə kommunal xidmətlərin inkişafı üçün həyata keçirilən və planlaşdırılan layihələr haqqında məlumat verdi”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın