Mixail Saakaşvili tərəfdarları həbsxana qarşısında aksiya keçirdi
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin tərəfdarları Rustavidəki 12-ci cəzaçəkmə müəssisəsi qarşısında etiraz aksiyası keçirirlər.
InterPress.ge xəbər verir ki, Saakaşvilinin tərəfdarları onun həbsdən azad olunmasını tələb edirlər və qeyd edirlər ki, Mixail Saakaşvilinin iqtisadi planını həyata keçirmək üçün onun həbsdən çıxması lazımdır.
Etirazçılar əllərində Gürcüstan və Ukrayna bayraqları, həmçinin üzərində “Mişaya azadlıq” yazısı olan plakatlar tutublar.
“Gürcü arzusu bu ölkədə uzun müddətdir heç bir iş görmür. Bizim əsas tələbimiz Mixail Saakaşvilinin tez bir zamanda azadlığa buraxılması və bu ölkənin normal inkişafa qayıtmasıdır”, - deyə etirazçılardan biri bildirib.
"Mixeil Saakaşvilinin azadlığı, ilk növbədə, daha çox investisiya, daha çox iş yeri, iqtisadi tərəqqi və bütün istiqamətlərdə sürətli, effektiv artım deməkdir", - deyə başqa bir etirazçı bildirib.


