13 
Fev
2022
17:38
356

Kobaxidze: “Mən Ukraynaya getməyə hazırlaşmıram"

“Mən Ukraynaya səfər etmək fikrində deyiləm”.

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze brifinqdə deyib.

İrakli Kobaxidzenin qeyd etdiyinə görə, Gürcüstan Ukraynadakı vəziyyəti diqqətlə izləyir və buna uyğun olaraq bu və ya digər qərarı verəcək.

“Mən Ukraynaya getməyə hazırlaşmıram. Biz hadisələri müşahidə edirik və hadisələrin necə cərəyan etməsindən asılı olaraq konkret qərar qəbul edirik. Hadisələr cərəyan etdikcə, istər səfər, istərsə də bəyanat kimi istənilən addıma qərar verəcəyik. Biz Ukraynadakı hazırkı hadisələrlə bağlı qətnamədə çox yüksək mövqe bildirmişik”, - Kobaxidze bildirib.

Ukraynadakı Gürcüstan vətəndaşlarına gəlincə, İrakli Kobaxidze qeyd edir ki, lazım gələrsə, onların təhlükəsizliyi təmin olunacaq.

“Dünən Xarici İşlər Nazirliyi vətəndaşlara müraciət də daxil olmaqla bəyanat yayıb. Təbii ki, ehtiyac yarandıqda vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edəcəyik. Biz burada hadisələri hər gün müşahidə edəcəyik və buna uyğun addım atılacaq”, - Kobaxidze bildirib. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər