''Peyvəndin omikron virusuna qarşı effektiv olub-olmaması sualına hətta Ümumdünya Səhiyyə Təşkilatının da cavabı olmaya bilər''.
lnterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Levan Davitaşvili bildirib.
Onun sözlərinə görə, Ğaribaşvilinin bugünkü bəyanatı ilə bağlı fərziyyələr əsassızdır.
''Baş nazir əsasən yeni reallıqdan, yeni şəraitdən, yeni ştamın, omikronun ortaya çıxmasından danışdı. Baş nazirin peyvəndin nə dərəcədə tərəfdarı olması ilə bağlı suala gəlincə, bununla bağlı fərziyyələr məncə tamamilə əsassızdır. Peyvəndin omikron virusuna qarşı effektiv olub-olmaması sualına hətta Ümumdünya Səhiyyə Təşkilatının da cavabı olmaya bilər'',- deyə Levan Davitaşvili bildirib.
