Potidə kanalizasiya borusundan tapılan yeni doğulmuş körpənin anası hüquq-mühafizə orqanları tərəfindən artıq müəyyən edilib.
lnterPress.ge xəbər verir ki, yayılmış məlumata görə ölən uşağın anası saxlanılıb.
Hal- hazırda Daxili İşlər Nazirliyi məlumatı təsdiqləmir.
Məlumat üçün bildirək ki, məcburi köçkün qəsəbəsində boru bağlanandan və yerli sakinlər ustanı köməyə çağırdıqdan sonra yeni doğulmuş körpənin meyiti tapılıb.
