Tamar Qabunia Ğaribaşvili ilə Qamğrelidze barədə yayılan məlumatları təkzib edir
Səhiyyə nazirinin müavini Tamar Qabunia baş nazir İrakli Ğaribaşvili ilə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze arasında baş vermiş qarşıdurmanın təkzib edir.
lnterPress.ge xəbər verir ki, onun Koordinasiya Şurasının iclasından sonra jurnalistlərə verdiyi məlumata görə, epidemiyanın idarə olunması onsuz da çətindir və bu məsələ ilə bağlı müzakirəyə ehtiyac yoxdur
“ Baş nazirin rəhbərliyi altında fəaliyyət göstərən pandemiya ilə mübarizə üzrə hökumət komandası heç bir qarşıdurma yaşamayıb. Təbii ki, bütün bunlar məsləhətləşmə rejimində, ekspertlərin iştirakı ilə baş verir. Dünən səslənən, hər hansı bir mübahisə xəbəri əsassız və heç bir şəkildə reallığı əks etdirmir. Bu tip dezinformasiyalar prosesi tamamilə zədələyir. Epidemiyanı idarə etmək onsuz da çətindir, nə təsdiq olunmamış, nə də heç bir şəkildə əsaslandırılmamış, bu tip məlumatlar haqqında müzakirə etməyə həqiqətən ehtiyac yoxdur" , - deyə Qabunia bildirib.


