Peyvənd əlçatan olduqda Gürcüstan onu qəbul edəcək.
lnterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Tamar Qabunia Koordinasiya Şurasının iclasından sonra jurnalistlərə bildirib.
O bildirib ki, vaksinlər üzərində iş gedir.
“Pfizerlə yeni müqavilə bağlamaq üçün danışıqlar aparılır.. Peyvənd çağırışları birinci rübün sonunda bərpa olunacaq. Bununla belə peyvəndlə bağlı gözləntilərimiz var. Peyvənd əlçatan olduqda, Gürcüstanın qəbul etməsi nəzərdə tutulub. Bu mərhələdə mən tarixləri dəqiqləşdirə bilmərəm, çünki gələcəkdə bu, bir neçə şərtdən asılıdır",- deyə Qabunia bildirib.
