15 
Fev
2022
19:13
378

Parlamentin 3 deputatının səlahiyyəti dayandırıldı

Parlamentin müxalifətdən olan deputatları Badri Caparidze, Şalva Natelaşvili və Elene Xoştariyanın səlahiyyətlərinə xitam verildi.

InterPress.ge xəbər verir ki, Parlamentin plenar iclasında məsələ ilə bağlı uzun sürən müzakirələrdən sonra səsvermə keçirilib. 

Qərar qəbul edilən zaman Badri Gaparidze iclas zalında olub.

Deputatların səlahiyyətlərinə xitam verilməsi üçün hazırlanmış qərarlar aşağıdakı nəticə ilə qəbul edilib:

Badri Gaparidze 77 - tərəfdar; 38- əleyhinə;

Şalva Natelaşvili 79 - tərəfdar; 28 - əleyhinə;

Elene Xoştaria 77 - tərəfdar; 9 - qarşı;

Parlamentin keçmiş spikeri Kaxa Kuçavanın səlahiyyətlərinə şəxsi ərizəsi əsasında xitam verilib.

Elene Xoştariya və Şalva Natelaşvilinin mandatlarına xitam verilməsinə əsas səbəb onların plenar iclaslarda əsassız olaraq iştirak etməməsi olub.

“Lelo”nun lideri Badri Gaparidzenin mandatına xitam verilməsi məsələsinə gəlincə, bunun formal hüquqi əsası onun barəsində Tbilisi Şəhər Məhkəməsinin çıxardığı təqsirli hökm oldu.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər