15 
Fev
2022
19:26
434

Salome Zurabişvili: "Deputatların səlahiyyətlərinə xitam verilməsinə razı deyiləm"

Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan parlamentinin deputatlarının səlahiyyətlərinə xitam verilməsi ilə razılaşmır.

IntrPress.ge xəbər verir ki, Prezident bu barədə sosial şəbəkədə yazıb.

“Bugünkü daxili və xarici çağırışlara görə mən deputatların səlahiyyətlərinə xitam verilməsinə razı deyiləm!” – Zurabişvili yazır.

Parlamentin müxalifətdən olan deputatları Badri Caparidze, Şalva Natelaşvili və Elene Xoştariyanın səlahiyyətləri dayandı. Deputatların səlahiyyətlərinə xitam verilməsi üçün qərarlar aşağıdakı nəticə ilə qəbul edilib:

Badri Gaparidze 77 - tərəfdar; 38- əleyhinə;

Şalva Natelaşvili 79 - tərəfdar; 28 - əleyhinə;

Elene Xoştaria 77 - tərəfdar; 9 - qarşı;

Elene Xoştariya və Şalva Natelaşvilinin mandatlarına xitam verilməsinə əsas səbəb onların plenar iclaslarda əsassız olaraq iştirak etməməsi olub.

“Lelo”nun lideri Badri Gaparidzenin mandatına xitam verilməsi məsələsinə gəlincə, bunun formal hüquqi əsası onun barəsində Tbilisi Şəhər Məhkəməsinin çıxardığı təqsirli hökm oldu.

Bizimlə əlaqə saxlayın