15 
Fev
2022
20:25
278

Parlament MSK sədrini və MSK-nın iki üzvünü təyin etdi

Parlament MSK sədrini və MSK-nın iki üzvünü təyin etdi. 

InterPress.ge xəbər verir ki, hakim komanda MSK-nın hazırkı sədri Qiorqi Kalandarişvilini və MSK-nın hazırkı üzvləri Maia Zaridze və Qia Çaçaşvilini dəstəkləyib.

Onlar sadə səs çoxluğunun dəstəyi ilə seçiliblər, bu isə o deməkdir ki, beş il deyil, daha altı ay bu vəzifəni tutacaqlar.

Prezident Salome Zurabişvili MSK sədri vəzifəsinə iki namizəd - Qiorqi Kalandarişvili və Tenqiz Tevzadzeni irəli sürüb. MSK üzvü iki vakant vəzifəyə Kristine Kagaia, Levan İsakadze, Maia Zaridze və Gia Çaçaşvilinin namizədliyi irəli sürülüb.

Onların seçilməsi üçün ardıcıl iki dəfə səsvermə keçirilib. Namizədlər 2/3 səs çoxluğu ilə seçilib.

Daha sonra tam parlamentin səs çoxluğu ilə səsvermə keçirildi. Sözügedən səsvermənin nəticəsi belə olub:

Qiorqi Kalandarişvili 84 - tərəfdar; 2 - qarşı;

Maia Zaridze 80 - tərəfdar; 2 - qarşı;

Qia Çaçaşvili 78 - tərəfdar; 2 - qarşı.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər