16 
Fev
2022
13:04
550

Şalva Papuaşvili Ukrayna xalqını təbrik etdi

“Bilirsiniz ki, fevralın 14-də Ukrayna prezidentinin fərmanı ilə fevralın 16-sı Ukraynanın Birlik Günü elan edilib. Ukrayna üçün bu çətin dövrdə Ukrayna xalqını, bacı və qardaşlarımızı Ukrayna Birliyi Günü münasibətilə təbrik etmək istərdim.

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Papuaşvili Ukrayna xalqını Birlik Günü münasibətilə təbrik edib.

O, ukraynalılara sülh və firavanlıq arzulayıb. 

Ukrayna bayrağının ucaldılması mərasimi bu gün Ukrayna səfirliyində keçiriləcək və mərasimdə parlamentin vitse-spikeri və Gürcüstan-Ukrayna parlament dostluq qrupunun rəhbəri Arçil Talakvadze iştirak edəcək. Mən bu çətin dövrdə Ukrayna xalqına sülh və firavanlıq arzulamaq istəyirəm”, -deyə Şalva Papuaşvili parlamentin büro iclasının əvvəlində bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər