16 
Fev
2022
14:09
290

Ukraynanın Gürcüstandakı səfirliyində birlik gününə həsr olunmuş tədbir keçirildi

Ukraynanın Gürcüstandakı səfirliyində birlik gününə həsr olunmuş tədbir keçirilib.

lnterPress.ge xəbər verir ki,  bu  barədə Ukraynanın Gürcüstandakı səfirliyi məlumat verib.

Tədbirdə Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqov, Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani, parlamentin viçe-spikeri Arçil Talakvadze səfirliyin nümayəndələri ilə birlikdə iştirak ediblər.

Tədbir çərçivəsində səfirliyin binası üzərində Ukraynanın dövlət bayrağı qaldırılıb, həmçinin Ukrayna və Gürcüstanın dövlət himnləri səsləndirilib. Ukrayna səfiri və Gürcüstanın Xarici İşlər Naziri səfirlikdə toplaşanların qarşısında çıxış edərək iki ölkəni dəstəklədiklərini bir daha təsdiqlədilər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər