Gürcüstanın bir neçə şəhərində aksiya keçirildi
Bir sıra şəhərlərdə kommunal ödənişlərinin, ərzaq və dərmanların qiymətlərinin artması səbəbi ilə etiraz aksiyası keçirilib.
lnterPress.ge xəbər verir ki, bu günlərdə “Milli Hərəkat” üzvləri də vətəndaşlarla birlikdə Kaspi Bələdiyyəsi meriyasının qarşısına toplaşaraq sosial vəziyyətə etiraz ediblər.
Bahalaşma, “Milli Hərəkat” üzvləri və onların tərəfdarlarının yaratdığı ağır sosial şərait Samtredia və Ozurqetidə də etiraz aksiyasına səbəb olub. Aksiya iştirakçıları üzərində “Gürcü arzusu yoxsullaşdırır”, “Biz məmurların cibinə vergi ödəyirik” yazılmış plakatlar təqdim ediblər.
“Biz bura kommunal haqların artırılmasına etiraz etmək üçün gəlmişik. İnsanlar ağır vəziyyətdədir və bu, İrakli Qaribaşvili arvadı üçün meşə aldığı zaman baş verir. Bu, konkret məmurlar varlananda baş verir və bütün bunların fonunda ac qalan 77 min uşaq yaşayır, 800 mindən çox insan ölkəni tərk edib. Biz bura ikiqat vergiyə etiraz etmək və səsimizi eşitmək üçün gəlmişik”, - deyə “Milli Hərəkat”ın Ozurqeti regional təşkilatının sədri Davit Mjavanadze bildirib.


