16 
Fev
2022
14:53
318

İrakli Zarkua: "Onlara görə qanunu dəyişdirməyəcəyik"

''Milli Hərəkat indi oyanıb və  bizi  siyahıları bərpa etməyə çağırır, ancaq onlara görə qanunu dəyişdirməyəcik''. 

lnterPress.ge xəbər verir ki,  bu  barədə parlament çoxluğunun üzvü İrakli Zarkua bildirib.

Onun sözlərinə görə, Milli Hərəkat pariyası öz səhvinə görə məsuliyyət daşımalıdır.

“Radikal müxalifət formalaşa bilmədi, əvvəlcə daxil olmaq istədilər sonra imtina etdilər, siyahılar pozuldu,  Şarl Mişelin sənədinə imza atmayacağıq dedilər sonra isə  imzaladılar, indi  bizə yalvarırlar ki siyahıları bərpa edin parlamentdə istəyirik.

Qərar versinlər nə istəyirlər. Etdikləri səhvə görə məsuliyyət daşımalıdırlar.  Milli Hərəkat indi oyanıb və bizi  siyahıları bərpa etməyə çağırır, onlara görə qanunu dəyişdirməyəcik.  Bu, onların problemidir, onların planlaşdırılmamış və anlaşılmaz qeyri-ardıcıl siyasətlərinin nəticəsidir”, -  deyə Zarkua bildirib.

Bizimlə əlaqə saxlayın