Qivi Mikanadze: "Vahid Milli Hərəkatın yalnız bir məxfi niyyəti var"
Əksəriyyət Mixail Saakaşvili ilə bağlı araşdırma komissiyasının yaradılmasını dəstəkləməyəcək.
lnterPress.ge xəbər verir ki, bu barədə “Gürcü arzusu”nun deputatı Qivi Mikanadze jurnalistlərə məlumat verib.
Məsələ əksəriyyət sessiyasında müzakirə olunub və komandanın ümumi mövqeyi belədir ki, “bu, heç bir legitim əsası olmayan absurd təşəbbüsdür”.
“Belə olan halda Vahid Milli Hərəkatın yalnız bir məxfi niyyəti var – hamı yaxşı bilir ki, məhkum edilmiş Mixail Saakaşvili ilə bağlı məsələ onun partiyasından və azsaylı tərəfdarlarından başqa heç kimi maraqlandırmır.
Ona görə də bəzi prosesləri oyatmaq istəyirlər ki, Mixail Saakaşvili daim gündəmdə olsun. Araşdırma komissiyasının yaradılması təşəbbüsünün məqsədi də budur”, - deyə Qivi Mikanadze bildirib.
O, parlamentdə 61 müxalifətçi deputatın olduğunu və səs çoxluğu olmadan “Milli Hərəkat”ın araşdırma komissiyası yarada biləcəyini də qeyd edib.


