Rustavidəki 22-ci dövlət məktəbində 2022-ci ilin Vahid Milli İmtahanları keçirilməyəcək.
InterPress.ge xəbər verir ki, buna səbəb məktəbdə nəzərdə tutulan reabilitasiya işləridir.
Məlumata görə, Rustavidə imtahan verəcək abituriyentlər bu il 15 saylı dövlət məktəbində imtahan verməli olacaqlar.
Təhsil və Elm İnfrastrukturunun İnkişafı Agentliyi artıq məktəbin müvafiq avadanlıqla təchiz edilməsi üçün tender elan edib və bunun üçün 131 436 lari ayrılıb.
