17 
Fev
2022
11:48
496

David Kirkitadze: "Əmlakın vətəndaşlara verilməsi ilə bağlı Rustavi Şəhər Şurasında işçi qrupu yaradılacaq"

''Əmlakın vətəndaşlara verilməsi ilə bağlı Rustavi Şəhər Şurasında işçi qrupu yaradılacaq''.

lnterPress.ge xəbər verir ki,  bu barədə Vahid Milli Hərəkatın üzvü Davit Kirkitadze məlumat verib.

Kirkitadze ümid edir ki, Gürcü arzusu və ya meriyanın müvafiq xidmətləri bu prosesə müdaxilə etməyəcək, çünki əmlakın verilməsini Rustavi əhalisinin əksəriyyəti dəstəkləyib.

"Digər bələdiyyələrlə yanaşı, Rustavidə də Gürcü Arzusunun təkpartiyalı hakimiyyəti başa çatıb. Rustavi Şəhər Şurası müxalifətdədir. VMH çoxluğu təmsil edir. Bu gün biz təqdim olunan proqramı həyata keçirməyə başlayırıq, hər bir Rustavi vətəndaşı bilməlidir ki, bu gündən onlar işçi qrupunun yaradıldığı Rustavi Şəhər Şurasına gələ biləcəklər. Bu qrup vətəndaşlara Gürcüstan hökuməti tərəfindən zəbt olunmuş və onlara verilməyən əmlakın verilməsinə çalışacaq. Bu, artıq Rustavi əhalisinə məxsus qarajlar, torpaq sahələri və.s  olacaq. 

Bu işçi qrupuna Şəhər Şurası sədrinin birinci müavini Aleko Beridze rəhbərlik edəcək və o, bütün lazımi sənədləri toplamağa başlayacaq. Vətəndaşlarımızın Rustavidə mülk sahibi olmasına, bugünkündən daha yaxşı iqtisadi vəziyyətin yaradılmasına kömək edəcək.  Biz yaxşı görürük ki, hökumət ən yaxşı kurort yerlərində yüksək vəzifə tutan məmurlarına hektarlarla torpaq ayırmağa heyfslənmir, amma 600-900 kvadratmetr ərazini rustavililərin ixtiyarına verdiklərinə görə təəssüflənirlər. Ümid edirik ki, bu prosesdə Gürcü Arzusu və ya meriyanın müvafiq xidmətləri tərəfindən heç bir ləngimə olmayacaq. Rustavinin əksəriyyəti əmlakın təhvil verilməsini dəstəkləyib və hər hansı maneə olarsa, prosesi sürətləndirmək üçün bir sıra qanun layihələri təşəbbüsü ilə çıxış edəcəyik”, –  deyə Davit Kirkitadze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər