Mixeil Saakaşvili bəyanat yaydı
''Çağrı mərkəzlərinin fırıldaq sxeminin və Gürcü arzusunun keçmiş iqtidar nümayəndələri vəhşidirlər''.
lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili yazıb.
"İvanişvili böyük beynəlxalq çaşqınlıq içindədir. Məhsuldar biznesdə işləmək əvəzinə xarici dil bilən 10 min ali təhsilli gənc ölkəni tərk edib. İvanişvilinin ailəsi onları çağrı mərkəzlərində
telefonla avropalılar üçün fırıldaq yolu ilə pul qopartmaq məqsədilə işlə təmin etdi . Liluaşvili İvanişvilinin kibercinayətkarlığını və biznesini qoruyub. İndi çıxıb həyasızcasına iddia edirlər ki, Milli Hərəkatın nümayəndələri bu işlə məşğul olublar. Birincisi, bizim hökumət dövründə belə texnologiya yox idi, ikincisi, indi nənəm Mzia Cereteliyə məxsus 20 illik RAV4-ü aşkar edəndən sonra qadağa qoyuldu.
Hökumət indi bu qədər iş resurslarını isə salmaq, hansısa qanuni iş tapmaq əvəzinə, bu insanlara mesaj göndərib və onları Ermənistana köçməyi təklif edib. Belə bir sxemi pozduğuna görə Levan Xabeişviliyə halal olsun. İndi Levanın digər oxşar sxemlərin, o cümlədən ilk növbədə gürcüləri soyan sxemlərinin qarşısını alması üçün hər cür dəstəyə və müdafiəyə ehtiyacı var.
Bu zərərvericiləri vaxtında Tbilisidə bitirməliyik, çünki onlar yeni nəslə xaricdə asan yol təklif edirlər.
Gürcü arzusunun mesaj qutusu və "İmedi"nin Xabeişvili haqqında çoxsaylı süjetləri birmənalı şəkildə sübut edir ki, o, onları çox ağrılı bir yerdən vurub. Bu onlara ayda 60 milyondan çox pul itizdirir, hansını ki, İvanişvili və Liluaşvili prokurorlara, hakimlərə, yüksək rütbəli polis məmurlarına, Müdafiə Nazirliyinin DTX-yə, zabitlərə, deputatlara paylayırdı.
Biz tezliklə İvanişvilinin çirkli pulların yuyulması kartelinin üzvlərinə tək İrəvanda yox, həmçinin Tbilisi və Lazikada layiqli, yüksək maaşlı xidmətlər təklif edəcəyik.
İvanişvili İrəvana köçsə alınmaz?! Yadımdadır, karyerasının əvvəlində o, Ermənistanı Gürcüstan üçün nümunəvi ölkə kimi göstərmişdi", - deyə Mixail Saakaşvilinin facebook səhifəsində yerləşdirilmiş məktubunda bildirilir.


