Mixeil Saakaşvilinin vəkilləri Dövlət Müfəttişliyinə müraciət etdi
Mixail Saakaşvilinin hüquq müdafiəçiləri dövlət müfəttişini videoları bir daha ictimailəşdirməyə çağırırlar.
lnterPress.ge xəbər verir ki, Mixeil Saakaşvilinin vəkillərinin bildirdiyinə görə, Qori xəstəxanasında işçilərin yer aldığı bir saatlıq epizodun videoyazısı yoxa çıxıb.
Görüntülərə üçüncü prezidentin vəkilləri Dövlət Müfəttişliyində baxıblar, lakin zorakılığı əks edən kadrlar silinib.
İşdə yalnız cənub istiqamətindən müşahidə kamerası tərəfindən çəkilmiş, Mixail Saakaşvilinin zorakılığa məruz qaldığını göstərən kadrlar var. Müdafiə tərəfi isə hadisədə cənub kamerasında görünməyən başqa şəxslərin də iştirak etdiyini qeyd edir.
“Bu yarımçıq videodakı məzmun gözlədiyimizdən daha ağırdır. Bu otaqda yəqin ki, başqa insanlar var idi və buna görə də qeyd silindi. Bu videonun yayılmasından sonra Gürcüstan vətəndaşlarında indiki hakimiyyətin Gürcüstanın üçüncü prezidentinə qarşı əxlaqsız və cinayətkar davranışına şübhə qalmayacaq”,- deyə Vəkil Dimitri Sacaqlişvili bildirib.


