İrakli Kobaxidze: "Biz çalışmalıyıq ki müharibə başlamasın''
''Ukrayna ərazisində baş verə biləcək hər hansı bir müharibə, ilk növbədə, Ukrayna xalqı üçün ağır olacaq və biz çalışmalıyıq ki müharibə başlamasın''.
lnterPress.ge xəbər verir ki, bu barədə Gürcü Arzusunun sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Kobaxidze Ukrayna ilə həmrəy olduğunu, Gürcüstan hökuməti Ukraynadakı proseslərə uyğun qərarlar verəcəyini bildirir. Kobaxidzenin sözlərinə görə, hakim komanda Gürcüstanın təhlükəsizliyinin qayğısına qalır və hər bir addım bu prinsiplər əsasında atılacaq.
“Biz hadisələrin gedişatını izləməli və hər bir sonrakı qərarı buna uyğun verməliyik. Biz bir daha Ukrayna xalqı ilə həmrəy olduğumuzu bildiririk. Təbii ki, Ukrayna ərazisində baş verə biləcək istənilən müharibə, ilk növbədə, Ukrayna xalqı üçün ən ağır müharibə olacaq və ilk növbədə çalışmalıyıq ki, müharibə başlamasın, ona yol verilməsin və dost ukrayna xalqına zərər verməsin. Eyni zamanda, biz öz təhlükəsizliyimizin qayğısına qalmalıyıq və hər bir addımımız təbii ki, bu prinsiplərə əsaslanacaq”, - deyə Kobaxidze bildirib.


