18 
Fev
2022
18:00
3030

Mixeil Saakaşvili Prezident Salome Zurabişviliyə açıq məktub yazıb

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili hazırkı prezident Salome Zurabişviliyə açıq məktub yazıb və onu Xüsusi Dövlət Mühafizə Xidmətinin 2013-cü ildə və ondan sonrakı illərdə çəkdiyi xərclərin “gizli” təsnifatını ləğv etməyə çağırıb.

lnterPress.ge xəbər verir ki, Saakaşvilinin məktubu onun facebook səhifəsində yayılıb.

Sabiq prezidentin sözlərinə görə, o əfv ediləcək heç nə etmiyib, lakin Zurabişvili general Temur Canaşianı sözlə deyil, əməli ilə tamamilə ədalətsiz həbsxanadan xilas edə bilər.

“Gürcüstan Prezidenti Salome Zurabişviliyə açıq məktub!

Salome xanım, mən sizə ilk dəfə yazıram və bu əfv olunma xahişi deyil. Qanun pozulmadığından və bütün ittihamlar, hökmlər uydurma və tamamilə əsassız olduğundan üzr istəyəcək heç nəyim yoxdur. Mənim günahsızlığım gec-tez Strasburq İnsan Haqları Məhkəməsi tərəfindən müəyyən ediləcək. Bir fransız kimi bilməmək mümkün deyil ki, mənə qarşı ittihamı heç bir Avropa ölkəsi və sivil dünyada heç kim etiraf etmir.

Başqa hallara görə sizə yazıram. Siz Gürcüstan Konstitusiyasına və qanunlarına tam uyğun gələn bir qərarınızla layiqli və şərəfli general Temur Canaşianı tamamilə ədalətsiz həbsxanadan sözlə deyil, əməlinizlə xilas edə bilərsiniz.

Prezident Administrasiyası üçün Xüsusi Dövlət Mühafizə Xidmətinin 2013-cü ildə və ondan sonrakı illərdə çəkdiyi xərclərdən imtina edin. Mən və Canaşiya ilə  xərclərin məqsədi haqqında deyil onların ödənilməsi qaydaları ilə bağlı dava eliyirlər. Əgər siz bu şikayəti aradan qaldırsanız, sübut olunacaq ki, bu prosedurlar sadəcə Canaşiyanın şıltaqlığı deyil, ən əsası tamamilə qanun çərçivəsində olan ümumi qəbul edilmiş davamlı təcrübədir. 

Konstitusiyaya və qanunlara əməl etsəniz, bütün həyatı boyu Gürcüstanda xidmət etmiş çox layiqli generalı, 11 illik həbsxanadan, böyük ailəsini səfalətdən, özünün və başqalarının övladlarının bu ölkədə, sədaqət, ədəb-ərkan, qanuna tabe olmaq cəzalandırılır hissindən xilas etmiş olarsınız.

Düşündüm ki, açıq məktub yazmaq düzgün olardı ki, ictimaiyyət bədnam işlərin ətrafında baş verənlərdən tam xəbərdar olsun. Televiziyada gördüm ki, Prezident Administrasiyasına gələn qonaqları şampanla qarşılayacaqsınız. Mən və Canaşiya indi mühakimə olunduğumuz kimi, müddətiniz bitdikdən sonra mühakimə olunmayacağınıza zəmanət haradadır?!

Hər şeyə rəğmən ölkə samanla örtülməyib və o qədər də qaranlıq deyil ki, insanlar ağla qaranı ayıra bilməsinlər.
Mən sizin ədalət hissinizə və sivil yanaşmanıza ümid edirəm", - deyə Mixail Saakaşvili yazıb.

Bizimlə əlaqə saxlayın