18 
Fev
2022
19:29
413

İrakli Kobaxidze: "Çağrı mərkəzləri qalmaqalının arxasında Vahid Milli Hərəkat dayanır"

"Çağrı mərkəzi qalmaqalının arxasında Milli Hərəkat dayanır". 

InterPress.ge xəbər verir ki, bu barədə
İrakli Kobaxidze qeyd edib.

Kobaxidzenin sözlərinə görə, müxalifət öz cinayətlərini ört-basdır etməyə çalışır.

Bildiyimə görə, çağrı mərkəzləri ilə bağlı araşdırma başlayıb və bu araşdırmanın birbaşa Vahid Milli Hərəkatla əlaqəsi olan konkret şəxslərə, eləcə də Milli Hərəkata məxsus televiziyalara yol açacağı ehtimalı var. Ümid edirik ki, daha ətraflı məlumat tezliklə məlum olacaq”, - Kobaxidze bildirib.

Prokurorluq “Çağrı mərkəzləri” deyilən iş üzrə 5 nəfəri saxlayıb. Qurumdan verilən məlumata görə, istintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslər Almaniya Federativ Respublikası və digər ölkələrin vətəndaşlarına məxsus külli miqdarda pul vəsaitlərini dələduzluq yolu ilə mənimsəyib, qanunsuz yolla əldə etdikləri gəlirləri leqallaşdırıblar.

Bizimlə əlaqə saxlayın