19 
Fev
2022
09:19
800

Zəncəfil nəyə faydalıdır?

Zəncəfil asanlıqla tapıla bilən bir ədviyyatdır.

Ondan bəzən süfrəni bəzəmək üçün, lazım gəldikdə isə dərman vasitəsi kimi istifadə olunur. Bəs görəsən zəncəfil hansı hallarda faydalıdır? Bu ədviyyatdan necə çay hazırlanır?

Zəncəfil kökünün vətəni Asiyadır. Xüsusilə alternativ tibb vasitəsi olaraq istifadə edilən bu ədviyyat son dərəcə əhəmiyyətli bir şəfa qaynağı olaraq bilinir.

O, hamilə qadınlar, kimya terapiyası və əməliyyat keçirən xəstələrdə müşahidə edilən ürək bulanması zamanı çox yaxşı təsir edir. Zəncəfil maddələr mübadiləsini sürətləndirmək qabiliyyətinə görə arıqlamaq və ya piy əritmək istəyən insanlar üçün çox uyğun bir qida məhsuludur. Ədviyyat müntəzəm olaraq istehlak edilərsə, xüsusilə qış aylarında yoluxucu xəstəliklərə qarşı immuniteti gücləndirir.

Bununla yanaşı, zəncəfil mədə və bağırsaqlarda köpü çıxarır, ishal və bağırsaq xəstəliklərini müalicə edir, öskürəyi kəsir, iştahı artırır, həzmi sürətləndirir, əzələ ağrısını azaldır, tənəffüs yollarını açır.

Həmçinin, bu möcüzəvi bitki cinsi gücü də artırır.

Zəncəfil içkilərdə, salatlarda və müxtəlif yeməklərdə istifadə olunur. Onun tozu içkilərə, peçenye və digər qəlyanaltılara əlavə edilə bilər. Ancaq zəncəfil istehlakının ən çox yayılmış forması çaydır.

Bəs zəncəfil çayı necə hazırlanır?

Təzə zəncəfil qabığını soyulduqdan sonra hər stəkan üçün təxminən 3-4 dilim ayrılır. Dilimlənmiş zəncəfillər çaydanda orta hesabla 10 dəqiqə qaynadılır. Qaynadıqdan sonra bir müddət dəmlənməyə qoyulan çay bal və limonla içilir.

Bizimlə əlaqə saxlayın