19 
Fev
2022
17:05
269

Hökumət administrasiyası qarşısında Ukraynaya dəstək aksiyası keçirildi

“Rusiyasız Gürcüstan və Ukrayna! Ukraynaya eşq olsun! Qəhrəmanlara eşq olsun"! 

InterPress.ge xəbər verir ki,  bu şüarlarla Gürcüstan hökuməti administrasiyasında Ukraynaya dəstək aksiyası keçirilir.

Aksiyada vətəndaş fəalları və müxalifət partiyalarının nümayəndələri iştirak edirlər. Etirazçıların fikrincə, Ukraynada hadisələr 2008-ci ildə Gürcüstanda olduğu kimi eyni ssenari üzrə inkişaf edir. Onların fikrincə, bu fonda Gürcüstan hökumətinin mövqeyi gürcü xalqının ruhunu əks etdirmir.

"Bu gün biz Rusiyanın təcavüzü ilə üz-üzə qalan qardaş Ukrayna xalqına dəstəyimizi bildiririk. 2008-ci ildə Gürcüstanda baş tutan ssenari yenə təkrar olunur.  Gürcüstan hökumətinin susqunluğu bizim dediklərimizi ifadə edə bilmir və belə bir hökumətin olması çox utancvericidir. Ona görə də bizim vətəndaş cəmiyyəti, müxalifət partiyaları və sadə vətəndaşlar qarşısında xüsusi məsuliyyətimiz var. Biz Ukrayna xalqına Gürcüstan hökumətinin göstərə bilmədiyini göstərməliyik”,- deyə aksiya iştirakçılarından biri İrakli Pavlenişvili bildirib.

Bizimlə əlaqə saxlayın