Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Azərbaycanın Təhsil Naziri Gürcüstanda səfərdədir - FOTO

522
Azərbaycanın Təhsil Naziri Gürcüstanda səfərdədir - FOTO
Dinləmək üçün basın

Azərbaycanın təhsil naziri Emin Əmrullayev fevralın 20-də Gürcüstana rəsmi səfər edib.

Azərbaycanın təhsil naziri Emin Əmrullayev fevralın 20-də Gürcüstana rəsmi səfər edib.

InterPress.ge xəbər verir ki, səfərin məqsədi iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığı daha da genişləndirilmək və inkişaf etdirməkdir.

Gürcüstanda səfərdə olan nazir Tbilisinin mərkəzində Heydər Əliyev adına parkda Azərbaycanın ümummilli liderinin büstü önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib.

Ziyarətdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları və Gürcüstanın Təhsil və Elm Nazirliyinin nümayəndəsi iştirak edib. Qurum adından büstün önünə gül çələngi qoyulub.

E.Əmrullayev daha sonra Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə baş çəkəcək, mədəniyyət ocağının fəaliyyəti və sərgilənən ekspozisiya ilə tanış olacaq.

O, həmçinin Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüşəcək. Hər iki ölkənin təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.

Azərbaycanın təhsil naziri səfər çərçivəsində Gürcüstanın bir neçə ali məktəblərinə də baş çəkəcək. Həmçinin Gürcüstanın tədrisi Azərbaycan dilində olan məktəblərinin direktor və müəllim heyəti ilə də görüş keçirəcək.

Nazirin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşü də nəzərdə tutulub.

Səfər fevralın 23-də başa çatacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →