21 
Fev
2022
10:50
555

Mixeil Saakaşvilinin məhkəməsi baş tutacaq

Tbilisi şəhər məhkəməsində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin məhkəməsi keçiriləcək. Məhkəmədə noyabrın 7- də baş verən hadisəyə toxunulacaq.

lnterPress.ge xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsində keçiriləcək iclas saat 14:00-a təyin edilib.

Məhkəmədə Mixail Saakaşvili də iştirak edəcək.

İclasla paralel olaraq məhkəmənin həyətində Mixail Saakaşvilinin tərəfdarlarının mitinqi də elan edilib.

 Məlumat üçün bildirək ki, dövlət  Mixail Saakaşvilini  2007-ci il noyabrın 7-də nümayişçilərin kütləvi şəkildə dağıdılmasında, İmedi TV-yə müdaxilədə və Badri Patarkatsişvilinin əmlakının cinayətlə ələ keçirilməsində ittiham  edir. 

Gürcüstanın keçmiş prezidentinə qarşı Gürcüstan Cinayət Məcəlləsinin fiziki və ya hüquqi şəxsin, cəmiyyətin və ya dövlətin hüquqlarının əsaslı şəkildə pozulmasına səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəni nəzərdə tutan 333-cü maddəsinin üçüncü hissəsi ilə ittiham irəli sürülüb. Sözügedən cəza 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. 

Bu işdə Saakaşvili ilə yanaşı, Vano Merabişvili, Zurab Adeişvili, Davit Kezeraşvili və Qiqi Uqulava da təqsirləndirilir.

Bizimlə əlaqə saxlayın