21 
Fev
2022
12:40
254

Türkiyə parlamentinin sədri Gürcüstanda səfərdədir

Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin sədri Mustafa Şentop Gürcüstandadır.

lnterPress.ge xəbər verir ki, Türkiyə Respublikası Böyük Millət Məclisinin sədrini hava limanında Gürcüstan parlamentinin birinci vitse-spikeri Qiorqi Volski və Diaspora və Qafqaz məsələləri komitəsinin sədri, Türkiyə Cümhuriyyəti Parlamenti ilə dostluq qrupunun rəhbəri Beka Odişaria qarşılayıb.

Türkiyə Böyük Millət Məclisinin sədri ilk görüşü Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə keçirəcək. Həmçinin parlament sədrinin və millət vəkillərinin Türkiyə nümayəndə heyəti ilə geniş tərkibdə görüşü nəzərdə tutulub.

Görüşdən sonra Şalva Papuaşvili və Mustafa Şentop Gürcüstan və Türkiyə Respublikası parlamentləri arasında əməkdaşlıq sənədi imzalayacaq və birgə bəyanatla çıxış edəcəklər.

Bizimlə əlaqə saxlayın