Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Azərbaycanın Təhsil Naziri: "Gürcüstandakı soydaşlarımızın təhsil problemlərinin həllinə dəstək verməyə hazırıq"

547
Azərbaycanın Təhsil Naziri: "Gürcüstandakı soydaşlarımızın təhsil problemlərinin həllinə dəstək verməyə hazırıq"
Dinləmək üçün basın

"Azərbaycan hökuməti, Təhsil Nazirliyi Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemlərinin həlli prosesinə dəstək verməyə hazırdır".

"Azərbaycan hökuməti, Təhsil Nazirliyi Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemlərinin həlli prosesinə dəstək verməyə hazırdır".

InterPress.ge xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Marneulidə tədrisi Azərbaycan dilində olan orta məktəblərin direktor və müəllim heyəti ilə görüşdə deyib.

O, ilk öncə görüş iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Nazir qeyd edib ki, Gürcüstan azərbaycanlılarının vəziyyəti və onları narahat edən məsələlər dövlət başçısının hər zaman diqqətindədir.

Nazir qeyd edib ki, Gürcüstan və Azərbaycan xalqları hər zaman qardaşlıq, dostluq və əmin- amanlıq şəraitində yaşayıblar: "İki ölkə arasında təhsil sahəsində yaxşı əməkdaşlıq var. Bu sahədə müzakirə olunmalı məsələlər mövcuddur. Azərbaycandilli məktəblərin əsas problemləri müəllim hazırlığı, gürcü dilinin tədrisi, dərsliklərin məzmunu və tərcüməsi ilə bağlıdır".

Görüş sual-cavab formatında davam etdirilib. Görüşdə Gürcüstanın təhsil nazirinin birinci müavini Tamar Maxaraşvili, Azərbaycan səfiri Faiq Quliyev, Marneuli meri Kənan Ömərov iştirak edib.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →