Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Türkiyə Respublikası Milli Assambleyasının sədri Mustafa Şentop ilə görüşüb

340
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Türkiyə Respublikası Milli Assambleyasının sədri Mustafa Şentop ilə görüşüb
Dinləmək üçün basın

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Türkiyə Respublikası Milli Assambleyasının sədri Mustafa Şentop ilə görüşüb.

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Türkiyə Respublikası Milli Assambleyasının sədri Mustafa Şentop ilə görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə Hökumət administrasiyasından məlumat verilib.

 Məlumata görə, görüşdə Türkiyə ilə Gürcüstan arasında ən yüksək səviyyədə olan strateji tərəfdaşlıq müzakirə olunub. Bildirilib ki, bu il Gürcüstanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasından 30 il keçir və yubileylə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

"Söhbət iqtisadi əməkdaşlıqdan gedir. Qeyd olunub ki, Türkiyə Gürcüstanın bir nömrəli ticarət tərəfdaşı olaraq qalır. Vurğulanıb ki, mövcud regional layihələr Gürcüstan və Türkiyə arasında səmərəli strateji əməkdaşlığın bariz nümunəsidir.

Gürcüstanın Baş naziri və Türkiyə Milli Assambleyasının sədri regional əməkdaşlıq məsələlərini, həmçinin mühüm dialoq platforması olacaq və regional münasibətlərin normallaşmasına töhfə verəcək Baş nazirin Sülh Qonşuluq Təşəbbüsünü müzakirə ediblər.

Görüşdə strateji tərəfdaşlığı daha da gücləndirməyə qarşılıqlı hazır olduqları bildirilib və yüksək səviyyəli səfərlərin müsbət dinamikası qeyd edilib.

“Türkiyənin Milli Assambleyasının  sədri Türkiyə Cümhuriyyətinin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini bir daha təsdiqləyib”, - deyə məlumatda bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →