22 
Fev
2022
10:24
539

Gürcüstan Prezidenti: “Biz Rusiya tərəfindən Ukraynanın Donetsk və Luqansk vilayətlərinin tanınmasını qətiyyətlə pisləyirik"

“Biz Rusiya tərəfindən Ukraynanın Donetsk və Luqansk vilayətlərinin tanınmasını qətiyyətlə pisləyirik, çünki bu  ərazimizin 20%-nin işğalına səbəb olan ssenarinin təkrarıdır”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili Twitter-də yazıb.

Gürcüstan prezidenti yazıb: “Gürcüstan Ukraynanın və prezident Zelenskinin yanındadır və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin işğal olunmuş qondarma Donetsk və Luqansk vilayətlərinə səfər edib və “Müstəqillik”in tanındığını elan edib.

Bizimlə əlaqə saxlayın