Mixeil Saakaşvili: "Niyə biz indi Donetsk və Luqanska tətbiq edilən sanksiyaların eynisini Abxaziya və Cənubi Osetiya üçün tətbiq etməyi tələb etmirik?!"
''Niyə biz indi Donetsk və Luqanska tətbiq edilən sanksiyaların eynisini Abxaziya və Cənubi Osetiya üçün tətbiq etməyi tələb etmirik?! 2008-ci ildə Buş administrasiyası belə bir sanksiyalar paketi hazırladı, lakin qlobal iqtisadi böhran səbəbindən onlara imza atmaqdan vaz keçdi''.
lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili feysbuk səhifəsində bildirib.
Mixail Saakaşvilinin fikrincə, indi hökumətin sanksiyalar tələb etməməsi kobud səhvdir.
''Niyə biz indi Donetsk və Luqanska tətbiq edilən sanksiyaların eynisini Abxaziya və “Cənubi Osetiya”ya tətbiq etməyi tələb etmirik?! 2008-ci ildə Buş administrasiyası belə bir sanksiyalar paketi hazırladı, lakin qlobal iqtisadi böhran səbəbindən onlara imza atmaqdan vaz keçdi. İndi hökumətin sanksiyalar tələb etməməsi kobud səhvdir. Eyni sanksiyalar tətbiq edilsə, Abxaziyada heç kim otel tikməyəcək, separatçı rejimlərin nümayəndələri və vətəndaşlar dəvət edilməyəcək. Onlar yalnız Rusiyaya gedə biləcəklər və bu, son nəticədə Gürcüstanın regionlara dinc yolla reinteqrasiya şansını xeyli artıracaq.
Mən Ukrayna Milli İslahat Şurasının sədri kimi dəfələrlə Yujmaşda, Dneprdə olmuşam. Bu, raket və nüvə texnologiyasına malik müəssisədir. böyük bir sirr deməyəcəyəm əgər desəm ki ölkənin nüvə silahı hazırlamasına ehtiyac yoxdur, onlar raketləri çox tez istehsal edə bilərlər, bu, taktiki nüvə raketləri səviyyəsində hədəfi məhv edən çox güclü zərbə vuran qeyri-nüvə yükü olacaq. Həmçinin, Ukraynada bir çox başqa, təkcə sovet deyil, həm də yeni texnologiya var.
Ukrainborompromun rəhbəri, vaxtı ilə Poroşenko tərəfindən yalnız mənim baş nazir təyin olunmağımı açıq şəkildə dəstəklədiyi üçün vəzifəsindən uzaqlaşdırılan və Zelenski tərəfindən geri qaytarılan köhnə dostum Yuri Qusev çox mühüm islahatlar həyata keçirib. O da mənim tövsiyəmlə bizim Deltanın yaradıcılarından olan Revaz Çarbadzeni məsləhətçi kimi dəvət etdi. Onların hələ də super mütəxəssisləri və böyük potensiallı var”, - deyə Saakaşvili bildirib.


