24 
Fev
2022
13:20
313

Tbilisidə Ukraynaya dəstək aksiyası keçiriləcək

Bu gün saat 19:00-da Respublika meydanında Ukraynaya dəstək aksiyası keçiriləcək.

lnterPress.ge xəbər verir ki,  bu barədə Droanın lideri Elene Xoştariya brifinqdə deyib.

Onun sözlərinə görə, vətəndaşlar Rustaveli küçəsinə canlı zəncir formasında gedəcəklər.

 “Ukraynanın aldığı zərbə, əslində, dünyanın hər bir azad vətəndaşına aiddir, bu həm də bizim üzləşdiyimiz zərbədir. Bu gün Ukrayna dövlətçiliyi ilə yanaşı dövlətçiliyimiz də həqiqətən təhlükədədir. Buna görə də, ilk növbədə, Ukrayna xalqına tam dəstəyimizi və həmrəyliyimizi ifadə etmək bizim borcumuzdur. XX əsrdə Rusiya dünyaya və bəşəriyyətə, o cümlədən Gürcüstana çoxlu əzablar gətirdi. 21-ci əsrdə heç kim Rusiyaya bunu etməyə imkan verməyəcək. Dünya başqadır, dünya güclüdür, möhkəmdir, sülhsevərdir və dünya 21-ci əsrə Hitler və Stalini buraxmayacaq. Eyni zamanda bu  hamımızın şəxsi, fərdi və dövlət borcumuzdur ki , tarixin düz tərəfində duraq. Bu seçim heç kimə istinad tələb etmir. Təəssüf ki, bu gün iqtidarımız tarixin düz tərəfində deyil və biz onu açıq şəkildə öz adı ilə çağırmalıyıq. Mən bu rusiyayönlü komandaya heç bir çağırış etmək fikrində deyiləm, amma hökumətin hərəkətə keçməsini gözləmək lazım deyil. Ukraynanın, azadlığın, dövlətçiliyin və Qərb dəyərlərinin yanında olduğunu ucadan söyləmək bir vətəndaş kimi hər kəsin borcudur. Ona görə də xahiş edirəm, bu gün saat 19:00-da Respublika meydanına toplaşın və canlı zəncirlə ukraynalılara və bütün dünyaya həqiqətimizin, düzgünlüyümüzün və azadlığımızın qüdrətini göstərin”, - deyə Xoştariya bildirib.

Bizimlə əlaqə saxlayın