24 
Fev
2022
14:45
467

Gürcüstan XİN beynəlxalq ictimaiyyətə müraciət etdi

“Biz Ukraynada baş verən hadisələrdən dərin narahatıq, Rusiyanın hərbi hərəkətləri Ukraynanın ərazi bütövlüyü və suverenliyinə xələl gətirir”.


lnterPress.ge xəbər verir ki, bu barədə  Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Eyni zamanda, Nazirlik beynəlxalq ictimaiyyəti vəziyyətin deeskalasiyası və zorakılığın dayandırılması üçün bütün tədbirləri görməyə çağırır.


“Ukraynada baş verən hadisələrdən çox narahatıq. Rusiyanın hərbi hərəkətləri Ukraynanın ərazi bütövlüyü və suverenliyinə, habelə BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental prinsiplərinə zərbə vurur və təkcə Ukrayna üçün deyil, bütövlükdə beynəlxalq ictimaiyyət üçün ağır nəticələrə gətirib çıxarır. Biz dost Ukrayna xalqımızla həmrəy olduğumuzu bildiririk.

Biz beynəlxalq ictimaiyyəti vəziyyətin gərginliyini azaltmaq və zorakılığı dayandırmaq üçün bütün lazımi tədbirləri görməyə çağırırıq”, - deyə  bəyanatda deyilir.

Bizimlə əlaqə saxlayın