Sabah Parlamentin növbədənkənar iclası baş tutacaq
Parlamentin növbədənkənar iclası fevralın 25-nə, saat 12:00-a təyin edilib.
InterPress.ge xəbər verir ki, İclas parlament müxalifətinin tələbi ilə prezidentin sərəncamı ilə çağırılıb.
Parlament müxalifətinin göndərdiyi sorğu ilə əlaqədar aşağıdakı gündəmlə növbədənkənar iclas çağırılır:
1. Ukrayna müharibəsi, mövcud geosiyasi vəziyyət və Gürcüstanın mövqeyi ilə bağlı baş nazirin dinləməsi;
2. Gürcüstan parlamenti tərəfindən Rusiyanın Ukraynaya davam edən hərbi təcavüzü pislənsin, səmərəli, o cümlədən humanitar yardım göstərilsin, habelə Ukraynanın azadlığı, suverenliyi və ərazi bütövlüyü dəstəklənsin.
Hakim komandanın fikrincə, baş nazir parlamentin növbədənkənar iclasında iştirak etməyəcək, çünki reqlamentdə baş nazirin plenar iclasa çağırılması üçün fərqli qayda nəzərdə tutulub.


