25 
Fev
2022
12:54
476

Ğaribaşvili: ''Gürcüstan Rusiyaya qarşı maliyyə və iqtisadi sanksiyalarda iştirak etmək fikrində deyil''

''Gürcüstan Rusiyaya qarşı maliyyə və iqtisadi sanksiyalarda iştirak etmək fikrində deyil''.

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli  Ğaribaşvili bildirib.

Ğaribaşvilinin jurnalistlərə izah etdiyinə görə, sözügedən qərar yalnız ölkəmizə və əhalimizə ziyan vuracaq.  Onun sözlərinə görə, qərar milli maraqlar əsasında verilib.

“Ukraynada hərbi əməliyyatların başlamasından sonra beynəlxalq tərəfdaşlarımızın hərəkətləri ilə tanış olduq, mən iqtisadi və maliyyə sanksiyalarını nəzərdə tuturam. Mən açıq və birmənalı şəkildə bildirmək istərdim ki, Gürcüstan bizim milli maraqlarımızı və əhalinin mənafeyini nəzərə alaraq maliyyə və iqtisadi sanksiyalarda iştirak etmək fikrində deyil. Bu, ölkəmizə və əhalimizə ancaq ziyan vuracaq.  Mən ölkəmizin həm xarici həm də daxili siyasətinə cavabdehəm və mən milli dəyərlərə əsaslanaraq rəhbərlik edirəm'', - deyə Ğaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər